Logo

"Taliban"nın öldürmək istədiyi müğənni Türkiyəyə qaçdı - İLK AÇIQLAMA/FOTOLAR

"Taliban"nın öldürmək istədiyi müğənni Türkiyəyə qaçdı - İLK AÇIQLAMA/FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əfqanıstanın bütün şəhərlərini bir-bir ələ keçirən "Taliban" radikal qruplaşmasına görə ölkədən qaçanlar arasında məşhur müğənni də yer alıb.

Sfera.az bildirir ki, uzun müddət polis mühafizəsi altında yaşayan və müğənnilik etdiyi üçün "Taliban"ın hədəfinə çevrilən Aryana Sayed Əfqanıstandan qaçaraq Qətərə gəlib.

İfaçı sosial media hesabında bu barədə paylaşım edib. 36 yaşlı Sayeed izləyicilərinə həyatda qaldığını və yaxşı olduğunu deyib.

"Unudulmaz bir neçə gecədən sonra Qətərin Doha şəhərinə çatdım. İstanbula gedən təyyarəni gözləyirəm. Sizinlə bölüşmək üçün çoxlu hekayələrim var" , - deyə o əlavə edib.

Müğənni daha sonra İstanbula yola düşən təyyarədən də görüntü paylaşıb.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR