Logo

Bələdiyyə sədri oğluna 500 nəfərlik toy edib? - DİN-dən açıqlama

Bələdiyyə sədri oğluna 500 nəfərlik toy edib? - DİN-dən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili İşlər Nazirliyi Buzovna bələdiyyə sədri Mətləb Əliyevin oğluna 500 nəfərlik toy mərasimi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirib. 

Sfera.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, sosial şəbəkələrdə sözügedən toy mərasimi ilə bağlı görüntülər yayıldıqdan sonra Xəzər rayon Polis İdarəsinin əməkdaşları araşdırmaya başlayıb:

"Toy sahibi ilə də əlaqə saxlanılıb. Videogörüntüdə əks olunan hallar araşdırılıb. Toy görüntülərinə baxış keçirilib. Toy mərasiminin 500 nəfərin iştirakı ilə keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapmayıb”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR