Logo

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi - FOTOLAR

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən "Minalara qarşı əks tədbirlər - Dalğıc hazırlığı" kursunda iştirak edib.

Müdafiə Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR