İş adamı keçmiş sevgilisini həbs etdirdi
Kateqoriya məlum deyil
Məşhur iş adamı Hakan Sabancı ilə sevgili olmuş türkiyəli aktrisa Aygün Aydın yenidən həbs edilib.
Sfera.az bildirir ki, buna səbəb aktrisanın sosial media hesabında işlətdiyi ifadələr olub. Belə ki, Aygün iş adamı haqqında "akoş", "axmaq" kimi sözlərdən istifadə edərək onu təhqir edib. Sabancının vəkilləri dərhal məhkəməyə müraciət ediblər. Məhkəmə aktrisanı bu dəfə 15 gün müddətinə həbs cəzasına məhkum edib.
Xatırladaq ki, bundan öncə Aygün Aydın etdiyi paylaşımlar səbəbindən 3 gün müddətinə həbs olunmuşdu.
Türkan
Sfera.az






