Logo

Marsdan yeni FOTOLAR

Marsdan yeni FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) Marsın yeni görüntülərini yayımlayıb.

Sfera.az bildirir ki, NASA-nın planetə göndərdiyi "Perseverance" tədqiqat aparatı Yerə təzə fotolar göndərib. Yaxın vaxtlarda aparat Marsda ilk torpaq nümunələrini toplayacaq.

NASA-nın hədəfi 2030-cu ilədək Mars planetinə insan göndərmək imkanlarına nail olmaqdır.

Xatırladaq ki, "Mars 2020” missiyası ötən ilin iyul ayında start götürüb. Bir ton ağırlığı olan "Perseverance” yeddi aylıq uçuşdan sonra fevralın 18-də Marsın "Jezero” adlandırılan kraterinə eniş edib. NASA-nın tarixində beşinci Mars aparatı olan "Perseverance” "qırmızı planet"in quruluşu və geologiyasının tədqiqi üçün nəzərdə tutulan yeddi elmi alətlə, 25 kamera və iki mikrofonla təchiz olunub.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR