Logo

Koronavirusa yoluxan qadın övladına TOY ETDİ

Koronavirusa yoluxan qadın övladına TOY ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil edib.

Ağstafa RPŞ əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasiminin keçirilməsi təxirə salınıb. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib. Bundan başqa araşdırmalar zamanı məclisdəki qonaqların sayının Operativ Qərargahın müəyyən etdiyi saydan artıq olması və əksər qonaqların vaksinasiya olmaması da aşkar edilib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR