Logo

Ağır yaralanan 8 qazi Türkiyəyə göndərildi - FOTO

Ağır yaralanan 8 qazi Türkiyəyə göndərildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağır yaralanan daha 8 qazi "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Sfera.az xəbər verir ki, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Türkiyə göndərilən qazilərin siyahısı aşağıdakı kimidir:

1. Hüseynov Tural Araz oğlu

2. Bağırov Yaşar Yavər oğlu

3. Məm-mədov Məhəmməd Asif oğlu

4. Məmmədzadə Adəm Gülhəsən oğlu

5. Nağıyev Şıxseyid Vahid oğlu

6. Novruzov Rəşad Lətif oğlu

7. Məhərrəmov Əkbər Səyyaf oğlu

8. Qurbani Ruslan Qulam oğlu

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR