Azərbaycanda deputatın 25 milyonluq mülkü üzə çıxdı - FOTO
Kateqoriya məlum deyil
Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov İsmayıllı rayonunun Talıstan kəndində "Su Meyilli" oteli açıb.
Otelə Eldar İbrahimovun oğlu Elçin İbrahimov rəhbərlik edir. Deputat sözügedən otelin tikintisinə 25 milyon manat vəsait xərcləyib.
Qeyd edək ki, Millət vəkilinin oğlu Elçin İbrahimov daha öncə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. // Unikal.org






