Logo

Turizm sahəsi ilə bağlı müsabiqə elan edildi - Qalib 10 min manatın sahibi olacaq

Turizm sahəsi ilə bağlı müsabiqə elan edildi - Qalib 10 min manatın sahibi olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Turizm ixtisasında təhsil alan tələbə və məzunlar, İT əməkdaşları, startap ideyaları olub regionlarda yaşayan sakinlər və yaşadıqları region və turizm ilə maraqlanan, bu sahəyə həvəs göstərən və iş axtarışında olan şəxslər üçün yeni proqram təqdim olunub.

Sfera.az xəbər verir ki, turizmin inkişafını hədəfləyən "RİTM” adlı proqram ictimaiyyətə nümayiş etdirilib.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış, Regional İnnovativ Turizm Məhsulu”  (RİTM)  regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsini təmin edəcək.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov RİTM müsabiqəsində qalib gələn şəxslərin mükafatlandırılacağını bildirib. Belə ki, B.Əsgərov layihədə I yerin qalibinə 10000 manat, II yerə 5000 manat, III yerin qalibinə isə 2500 manat pul təqdim ediləcəyini deyib.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR