Azərbaycanlı qız cinsini dəyişib, qadınla nişanlandı - FOTO
Kateqoriya məlum deyil
Hazırda Türkiyədə yaşayan Nigar Qasımova adlı 25 yaşlı azərbaycanlı qız cinsiyyət dəyişdirmə əməliyyatı etdirib.
Sfera.az unikal.org-a istinadən bildirir ki, əməliyyatdan sonra adını və soyadını dəyişən Nigar indi Özgür Kasımov adlanır. Özgür hal-hazırda türk vətəndaşı olan xanımla nişanlanıb, toy etməyə hazırlaşır.
Qeyd edək ki, Nigar ilk dəfə 1-ci sinifdə oxuyanda kişi hisslərinin olduğunun fərqinə varıb. Hətta onun ilk eşqi ibtidai sinif müəlliməsinə olub. Hər zaman kişi olmaq istəyən Nigar, nəhayət ki, bu arzusunu reallaşdıra bilib.






