Logo

Məşhur aktrisanın sevgilisi 7-si polis olmaqla, 12 nəfəri bıçaqladı - FOTOLAR

Məşhur aktrisanın sevgilisi 7-si polis olmaqla, 12 nəfəri bıçaqladı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur aktrisa Ayşəgül Çınarın sevgilisi 12 nəfəri bıçaqlayıb.

Sfera.az bildirir ki, hadisə dünən gecə saatlarında otellərin birində baş verib.

Belə ki, otelin restoranında aktrisa və sevgilisi Furkan Çalıkoğlu mübahisə edib. Davanın böyüdüyünü görən işçilər müdaxilə edərək cütlüyü ayırmaq istəyiblər. Çakıloğlu isə çalışanlardan 5 nəfərə bıçaqla hücum edib. Ardınca hadisə yerinə polis və təcili yardım çağırılıb. Lakin aktrisanın sevgilisi 7 polisə də hücum edərək onları yaralayıb.

Nəticədə Furkan saxlanılıb, Ayşəgül Çınar da polis mərkəzinə aparılıb. Cütlüyün hansı səbəbdən mübahisə etdiyi hələ məlum deyil. Yaralananların həyati təhlükələrinin isə olmadığı qeyd edilib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu ilin mart ayında Ayşəgül Çınar şəxsi avtomobilində narkotik aşkar edildiyi üçün saxlanılmışdı. Lakin aktrisa narkotikin sevgilisi tərəfindən maşına qoyulduğunu iddia etmişdi.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR