Sahibkarlar üçün işgüzar nahar təşkil edildi – FOTO
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Bildirilib ki, iş adamlarının, biznes assosiasiyaların rəhbərlərinin və iqtisadiyyat sahəsində çalışan KİV nümayəndələrinin iştirak etdiyi işgüzar naharda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lar üçün dəstək mexanizmləri və xidmətlər, KOB sahəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Vurğulanıb ki, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan KOB-larla daha sıx təmasda olmaq üçün belə formatda görüşlərin mütəmadi olaraq və ayrı-ayrı sektorlar üzrə təşkil edilməsi nəzərdə tutulur.
İşgüzar nahar zamanı biznes mühitinə və KOB sektoruna dair Agentliyin rəhbər heyəti, iş adamları və KİV-lər arasında üçtərəfli formatda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






