Vətən Müharibəsi Əlillərinə Silahlı Qüvvələr Günü münasibətilə ziyafət təşkil edilib
Ziyafətlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla idarə heyəti, Qazilər, ictimaiət nümayəndələri çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin tarixi zəfərin əldə edilməsində göstərdikləri milli, vətənpərvər ruhlu fəaliyyətdən danışdılar.
Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, əlamətdar tarixi günlər sırasında Azərbaycan Silahlı Qüvvələr günü xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında silahlı qüvvələrimizin peşəkar, fədakar fəaliyyəti göz önündədir. İcraçı direktor onu da qeyd etdi ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən daim Şəhid ailələri və Qazilərə diqqət yönümündə bu cür mədəni, kütləvi tədbirlər təşkil edilir.
Birlik rəsmisi xüsusi olaraq vurğuladı ki, Qazilərlə bağlı ziyafəti təşkil etməkdə əsas məqsəd Vətən Müharibəsin iştirakçıları sevindirməklə yanaşı birlik, həmrəylik nümayiş etdirməkdir. Qeyd edək ki, ziyafətin bədii hissəsində incəsənət ustalarının ifasında vətənpərvərlik ruhunda mahnılar oxundu.






