Logo

Koronavirusdan xilas olmaq istəyənlər yeni "tanrıça"ya sitayiş edirlər - FOTO

Koronavirusdan xilas olmaq istəyənlər yeni "tanrıça"ya sitayiş edirlər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Koronavirusa görə ən çox yoluxma və ölümlərin müşahidə edildiyi Hindistandan daha bir qəribə xəbər gəlib.

Sfera.az bildirir ki, "virusun yeni mərkəzi” adlandırılan Uttar Pradeş əyalətində "korona tanrıçası” adlı ibadətgah qurulub.

Məlumata görə, ibadətgah Şuklapur kəndində əhalidən yığılan pullarla tikilib. Sözügedən yerə hər gün yüzlərlə insanın gəldiyi bildirilib. Onlar tanrıçanın ölümləri sonlandıracağına, dünyanı xilas edəcəyinə inanırlar.

Hindistanın digər bölgələrində də bənzər addım atılıb. Tamil Nadu əyalətinin Koimbator şəhəri və Karnataka əyalətinin Mahhuvanahalli kəndində oxşar ibadətgahlar yaradılıb.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR