Logo

Bakıda 4 kanalizasiya quyusunun qapaqları oğurlandı - FOTO

Bakıda 4 kanalizasiya quyusunun qapaqları oğurlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı şəhəri Binəqədi şossesi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə "Azərsu” ASC-yə məxsus 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqları ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb.

Sfera.az xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.

Kanalizasiya baxış quyularının və siyirtmə kameralarının qapaqlarının oğurlanması ərazidə piyadaların və nəqliyyatın hərəkətinə təhlükə yaradır. Eyni zamanda quyuların kənardan bərk məişət tullantıları ilə dolmasına və istismarının çətinləşməsinə səbəb olur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR