Necati Şaşmazla bağlı şok iddia: 8 yaşlı oğlunu təriqətə qoşub - VİDEO
Sfera.az bildirir ki, aktyorun bu gün ortaya çıxan ibadət görüntülərini "Kurtlar Vadisi İrak” filmindəki səhnəyə bənzədənlər olub.
Sözügedən kadrlar aktyorun boşanma davası zamanı üzə çıxıb. Şaşmazın özündən 21 yaş kiçik olan keçmiş həyat yoldaşı Nagehan Kaşıkçı boşanma səbəbi kimi aktyorun təriqətə üzv olmasını irəli sürüb.
Həmçinin videoda zikr edən qrup arasında azyaşlı da görünüb və onun aktyorun oğlu olduğu qeyd edilib. Uşağın yanındakı şəxsin isə Necati Şaşmazın atası olduğu deyilir. Təriqət üzvləri aktyorun oğlunun əllərindən öpür, ona ağabey kimi xitab edirlər.
Hətta Kaşıkçı deyib ki, Necati Şaşmaz 8 yaşlı oğlunu həmin təriqətin varisi adlandırıb.
Qeyd edək ki, Necati Şaşmazın atası Abdülqadir Şaşmaz hazırda Harputda yerləşən Qadiri təriqətinin rəhbəridir.
Türkan
Sfera.az






