Logo

Bakıda daha bir ünvanda işıqforlar quraşdırıldı - FOTO

Bakıda daha bir ünvanda işıqforlar quraşdırıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Yasamal rayonunda, Kənar Dairəvi yol ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində işıqforlar quraşdırılaraq yol hərəkət iştirakçılarının hərəkət ardıcıllığı nizamlanıb.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, Məqsəd ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, baş verən qəzaların qarşısının alınması və Dadaş Bünyadzadə küçəsindən çıxan nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinliyin aradan qaldırılmasıdır.

Ərazidə işıqfor obyektləri və yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidi çəkilib, eyni səviyyəli piyada keçdinin önündə panduslar inşa olunub.

Nəticədə, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub və əlçatanlıq səviyyəsi artırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR