Logo

Şəhidlərimizin və Vətən müharibəsi əlillərinin övladları ilə tədbir keçirildi - FOTOLAR

Şəhidlərimizin və Vətən müharibəsi əlillərinin övladları ilə tədbir keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və dəstəyi, Sabunçu Gənclər Evinin, "TeasPress” Nəşriyyat evinin və "Benilüks” Azərbaycanlıları Konqresinin tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək müqəddəs Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərimizin və Vətən müharibəsi əlillərinin övladları ilə milli, vətənpərvər ruhda maarifləndirici söhbətlər edərək onlara mənəvi dəstək olmaq məqsədi ilə  1 iyun Uşaqların  Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvüləri, Milli Məclisin Ailə Qadın Uşaq Problemləri üzrə Komtəsinin sədr müavini Jalə Əliyeva, Millət vəkili Sevil Mikayılova, Millət Vəkili Razi Nurullayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, "TeasPress” Nəşriyyat Evinin nümayəndəsi, tanınmış ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İcraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirib ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların  övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhvəsini verməkdir.

İcraçı direktor onu da qeyd edib ki, Vətən Müharibəsi Əlilərinə Kömək İctimai Birliyinin idarə heyəti Prezident cənab İlham Əliyevin İctimai siyasət kurunsunu əsas götürərək gələcəkdə də bu sayaq milli,vətənpərvərlik əzmində fədakarlıqla çalışaraq ictimai-siyasi  yönümdə fəaliyyətlərini davam etdirəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR