Pandemiyanın maddi ziyan vurduğu müğənnilərə çağırış: Borcları ödəniləcək
Kateqoriya məlum deyil
Türkiyəli rok ifaçısı Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.
Sfera.az bildirir ki, ifaçı sosial şəbəkə hesabından pandemiyaya görə dolanış şəraitindən şikayətlənən musiqiçilərə çağırış edib. O, "ödənilməyən su, işıq və qaz borclarınız varsa, bizə müraciət edin” -, deyə qeyd edib.
O bildirib ki, 400 türk lirəsinə qədər olan borcları ödəmək mümkündür:
"Həmçinin bir heyət təşkil edib məsələnin həlli üçün Ankaraya gedəcəyik. Hamımız çətin vəziyyətdəyik”.
Türkan
Sfera.az






