TuranBank ASAN Könüllüləri ilə birlikdə uşaqları sevindirdi - FOTO
TuranBank ASAN Məktub layihəsi çərçivəsində aztəminatlı ailələrin, o cümlədən şəhid övladlarının arzularını gerçəkləşdirib.
Sfera.az xəbər verir ki, sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə növbəti xeyriyyə aksiyasına imza atıb.
Bank YAŞAT Fondunun təşkilatı dəstəyi ilə "ASAN Məktub” layihəsi çərçivəsində ASAN Könüllüləri ilə birgə aztəminatlı ailələrdən olan uşaqların, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.
Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllüləri ilə birlikdə ASAN Məktub vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edib. Bildirək ki, adıçəkilən sosial layihə çərçivəsində TuranBank ümumilikdə 30 uşağı sevindirib.
Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.
Bildiririk ki, TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.






