Logo

46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşdı - FOTO

46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşdı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra svetoforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə:

Daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb;

Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb;

Müvafiq yol nişanlanma xətləri çəkilib;

Səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR