Logo

Çayın sahilində koronavirusdan ölənlərin cəsədləri peyda olur - Dəhşətli görüntülər

Çayın sahilində koronavirusdan ölənlərin cəsədləri peyda olur - Dəhşətli görüntülər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hindistanda koronavirusa yoluxan şəxsin meyiti çaya atılıb.

Sfera.az bildirir ki, hadisə Uttar Pradeş əyalətinin Balrampur kəndində olub. Belə ki, iki nəfər COVİD-19-a yoluxan xəstənin cəsədini çaya atıb və  həmin anlar vətəndaşlar tərəfindən görüntülənib. Hadisə ilə bağlı iki nəfər nəzarət altına alınıb.

Məlumata görə, cəsədi çaya atanlar xəstənin qohumları olub. Xəstə mayın 28-də dünyasını dəyişib.

Qeyd edək ki, ötən həftələrdə Qanq çayı sahillərində 71 nəfərin cansız bədəni tapılıb. İddialara görə, Hindistanda koronavirusdan ölənlərin sayı  artdığı üçün cəsədlər artıq çaylara atılır.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR