Logo

Ukrayna yığmasının sabiq futbolçusu saxlanıldı

Ukrayna yığmasının sabiq futbolçusu saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna milli komandasının sabiq futbolçusu Vyaçeslav Şevçuk Kiyevdə saxlanılıb.

Sfera.az-ın məlumatına görə, Donetsk "Şaxtyor"unun keçmiş üzvü "Porsche 911" markalı avtomobilin sükanı arxasında olub.

Bildirilir ki, o, içkili vəziyyətdə olub. Şevçuk alkoqol testi verməkdən imtina edib və polisə müqavimət göstərib. Sonradan 42 yaşlı veteran oyunçu polis şöbəsinə aparılıb.

Qeyd edək ki, Vyaçeslav Şevçuk Ukrayna millisində 2003 - 2016-cı illərdə forma geyinib. Yığmada 54 oyuna çıxan Şevçuk 2008 və 2012-ci il Avropa çempionatlarında iştirak edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR