Binədə yol-piyada təhlükəsizliyinin səviyyəsi artırıldı - FOTO
Kateqoriya məlum deyil
Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, bu dəfə Əli İsazadə küçəsinin "Ədalət parkı"-nın qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb.
Görülən tədbirlər çərçivəsində ərazidə:
svetofor obyektləri quraşdırılıb;
müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib;
nizamlanan eyni səviyyəli piyada keçidləri çəkilib;
Eyni səviyyəli piyada keçdilərinin önündə panduslar inşa olunub.
Nəticədə:
Kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb;
hərəkətin növbəliliyi təmin olunub;
əlçatanlıq səviyyəsi artırılıb.






