Logo

Aeroport yolunda ağır qəza - 2 ölü, 6 yaralı+Foto

Aeroport yolunda ağır qəza - 2 ölü, 6 yaralı+Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı "Shacman” markalı yük maşını ilə "Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.

BNA-nın məlumatına görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***

"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Mercedes Vito”da olan 8 nəfərdən 2-si vəfat edib. Digər 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən "Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR