Logo

Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub - FOTO - YENİLƏNİB

Xalq rəssamı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub - FOTO - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn olunub.

Sfera.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak ediblər.

12:48

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov I Fəxri xiyabanda dəfn edilir.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət nazir Anar Kərimov və ictimai-siyasi xadimlər iştirak edirlər.

11:38
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovla vida mərasimi keçirilir.

Mərasim İçərişəhərdə, "Art Galleri"də təşkil olunur.

Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər.

Daha sonra T.Salahovun cənazəsi dəfn olunmaq üçün I Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib. // "Report”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR