Logo

Samirə Əfəndinin Avroviziya paylaşımı: "Biz artıq qalibik" - FOTO

Samirə Əfəndinin Avroviziya paylaşımı: "Biz artıq qalibik" - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Kimin qalib gələcəyinin əhəmiyyəti yoxdur. Biz artıq qalibik”.

Sfera.az xəbər verir ki, bu sözləri "Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndi instaqram hesabında yazıb.

Samirənin paylaşdığı fotoda ona daha əvvəl sevgi etirafı edən Norveç təmsilçisi Andreas Haukeland - TIX yer alıb.

Xatırladaq ki, Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən "Avroviziya-2021” mahnı müsabiqəsinin qalibi məlum olub.

İtaliya müsabiqədə birinci yerə çıxıb. Azərbaycan təmsilçisi Samirə Əfəndi "Open Up” ("Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.

Ən çox – 524 xal toplayan İtaliya "Avroviziya-2021”in qalibi olub. İkinci yeri Fransa təmsilçisi tutub – 499 xal. İlk üçlüyü isə 432 xalla İsveçrə qapayıb.

Azərbaycan təmsilçisi Samirə Əfəndi isə 65 xal toplayaraq 20-ci pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR