Logo

Arvadına xəyanət edən müğənni qorxudan balkondan yıxıldı, xəstəxanada can verdi - FOTO

Arvadına xəyanət edən müğənni qorxudan balkondan yıxıldı, xəstəxanada can verdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mc Kevin adı ilə tanınan braziliyalı müğənni balkondan düşərək dünyasını dəyişib.

Sfera.az bildirir ki, hadisə Rio-de-Janeyro şəhərindəki otellərin birində baş verib. İddialara görə, hələ 3 həftə əvvəl ailə qurmuş ifaçı dostu ilə birlikdə otelə 26 yaşlı model Bians Dominquesi dəvət edib. Bir neçə saatdan sonra qapısı döyülən Mc Kevin gələn şəxsin arvadı olduğunu düşünüb. Ardınca 23 yaşlı ifaçı xəyanət etdiyi həyat yoldaşına tutulmamaq üçün balkona gedib, lakin ehtiyatsızlıqdan yıxılıb.

Şahidlərin sözlərinə görə, Kevin 5-ci mərtəbədən düşsə də, nəfəs almağa davam edib və xəstəxanaya çatdırılıb.  Lakin yerləşdirildiyi xəstəxanada onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə sənətçi həm də infarkt keçirib.

Otağa girməyə çalışan şəxsin isə Kevinin dostu olduğu anlaşılıb.

Qeyd edək ki, Mc Kevin 33 yaşlı vəkil Deolan Bezerr ilə evlənmişdi.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR