Logo

İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi Meksika və İspaniya mətbuatında işıqlandırıldı

İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi Meksika və İspaniya mətbuatında işıqlandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Azad Mətbuat Mərkəzi - "HorraPress İspaniya" və Meksikanın "Expresión México" xəbər saytlarında mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalaması ilə bağlı məqalələr dərc edib.

Sfera.az-ın məlumatına görə, məqalələrdə deyilir ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal edib və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Ancaq Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilib və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.

Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.

Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir!

Məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:

//expresionmexico.com/2021/05/07/ilham-aliyev-firmo-orden-para-nombrar-a-shusha-capital-cultural-de-azerbaiyan/?fbclid=IwAR1bxTBzmtBf3Dy5UcUr1S6ku63tWoJrOVQNfj6WdcrSR_lXgy0Tqg6AiFw

//es.horrapress.eu/archivos/2052?fbclid=IwAR30yek0UiyRQoeF8d7M0PC--zg8Fdw889_OoEJYObud_yLkyotesn94bQw

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR