Paytaxt küçələrində piyadaların hərəkət təhlükəsizliyi artırılır - FOTO
Kateqoriya məlum deyil
Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir.
Sfera.az xəbər verir ki, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi R. Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün svetofor obyekti quraşdırılıb.
Nəticədə;
Təhlükəsizlik səviyyəsi artırılıb;
Hərəkət növbəliliyi təmin edilib;
Əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.






