Logo

“Kiminsə cibinə girmirəm, başqa işlə məşğul olmuram” - Fatimə Fətəliyeva izləyicisinə əsəbləşdi

“Kiminsə cibinə girmirəm, başqa işlə məşğul olmuram” - Fatimə Fətəliyeva izləyicisinə əsəbləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Kiminsə cibinə girmirəm, başqa işlə məşğul olmuram”.

Sfera.az-ın məlumatına görə, bunu rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında canlı yayım zamanı izləyicilərindən birinə cavab verərkən deyib. Belə ki, izləyicilərdən biri rəqqasəni "sən hər yolla pul qazanırsan” cümləsi ilə ittiham edib. Qarşılığında Fətəliyeva əsəbləşərək sərt tənqidlərə başlayıb.

"Ay şərəfsiz, məntiqsiz, hansı yolla pul qazanıram? Orucluqda ağzımı açma. Mənim öz işim var, mənə bəsdir. Tanıyanlar necə biri olduğumu bilir, sənin kimilər bilməsə də, olar. Belə adamlar özləri nəsə bacarmır, oturub evdə ağzına gələni yazırlar. Onlar doğrudan da bu dünyada Allahın cəzasıdırlar. Anasını, bacısını da söysən, onlara ləzzət edir. Heç nə demirəm, Allah sizə şəfa versin”, – deyə rəqqasə qeyd edib.

İzləyicilərin əksəriyyəti isə Fatiməyə dəstək olub.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR