AŞPA-dakı Gürcüstan və Ukrayna... – Fərhad Məmmədovdan İZAH
Kateqoriya məlum deyil
"AŞPA-da səsvermələrin hamısı paket şəklində olur. Paket formasında olduğu üçün Gürcüstanın da, Ukraynanın da prioritet saydığı mövzular var idi ki, onlar səsvermədə öz mövqelərini sərgiləməliydilər”.
Bu sözləri Fərhad Məmmədov deyib.
Əlavə etdi ki, ümumi baxanda AŞPA-nın son 20 il ərzində siyasi çəkisi o qədər aşağı düşüb ki, oradakı hər hansı fikir, bəyanat, yaxud qətnamənin əhəmiyyəti azdır:
"Aşağı səviyyədədir. Müəyyən çağırışlar ola bilər, amma Azərbaycanın bütün addımları, həm bu diversantlarla bağlı fəaliyyəti də beynəlxalq hüquqa söykənir. Yəni, siyasi addımlar həyata keçirilə bilər, lakin hər bir vacib qərarın beynəlxalq hüquqi əsası olmalıdır. Beynəlxalq hüquqda isə bu adamlar hərbi əsir sayıla bilməz. Azərbaycan qalib dövlətdir. Belə səsvermələrlə ermənilər həll olunmamış məsələlərin həlli prosesini çətinləşdirirlər”, - deyə Fərhad Məmmədov münasibət bildirdi.
Xatırladaq ki, səsverməyə çıxarılan paketdə "2012-ci ilin yanvarında Aleksey Navalnının saxlanması və həbsi”, "Türkiyədə demokratik institutların fəaliyyəti”, "COVİD pasportları və ya sertifikatları: əsas hüquqların müdafiəsi və hüquqi nəticələr”, "Erməni hərbi əsirlər, digər əsirlər və saxlanan şəxslər”, "COVİD-19-a qarşı vaksinasiya şəhadətnamələri: insan haqlarını və ictimai səhhəti necə qorumalı”, "Avropada sülhə can atılmasının önündəki Rusiya təhlükəsi” kimi məsələlər olub.
Koronavirusla bağlı hər iki mövzunun və bir də Avropada Rusiya təhlükəsinə görə paketin onsuz da əksər ölkələr lehinə səs verəcəkdi.
Ermənistanı maraqlandıran Türkiyədə demokratik institutlar və hərbi əsirlər predmetlərini də unutmaq olmaz. Mövzular tək-tək səsverməyə çıxarılmadığı üçün isə kimsə öz ölkəsini narahat edən məsələdən imtina edib Azərbaycanın xeyrinə səs verməyəcəkdi. // Bizim.Media