Logo

Gəncədə zəncirvari avtoqəza: ölən və xəsarət alanlar var

Gəncədə zəncirvari avtoqəza: ölən və xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115", "Mercedes" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1980-ci il təvəllüdlü İsayeva Hicran Nurəddin qızı dünyasını dəyişib, 1973-cü il təvəllüdlü Mirzəyev Ceyhun Arif oğlu, 1983-cü il təvəllüdlü Hüseynova Zəminə Arif qızı və 1994-cü il təvəllüdlü Əkbərov Əruz Azər oğlu isə xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR