Logo

Bakıda sürücü qəza törətdi maşını yandı, özü isə döyüldü - FOTO

Bakıda sürücü qəza törətdi maşını yandı, özü isə döyüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakının Nərimanov rayonunda 1996-ci il təvəllüdlü Həsənov Elşad İrşad oğlu idarə etdiyi "VAZ 2106” markalı avtomobillə Azadlıq prospektində işıqforun qırmızı işığında dayanan "Hyundai” və "Toyota” markalı nəqliyyat vasitələrinə çırpılıb.

Sfera.az xəbər verir ki, qəzadan sonra "VAZ 2106” markalı avtomobil alovlanmağa başlayıb. Bu zaman hadisəni törədən E.Həsənov digər sürücülər tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Onlar avtomobildə yanğının qarşısını alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR