Logo

Xərçəngə və 2 dəfə koronavirusa qalib gələn 104 yaşlı qadın – FOTO

Xərçəngə və 2 dəfə koronavirusa qalib gələn 104 yaşlı qadın – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Kolumbiyada 2 dəfə koronavirusu məğlub edən 104 yaşlı Karmen Hernandez xəstəxanadan təxliyyə edilib.

Sfera.az xəbər verir ki, o, 21 gün qaldığı xəstəxanadan həkim və tibb bacılarının alqışları ilə yola salınıb.

Koronavirusu ilk dəfə 2020-ci ilin iyununda məğlub etməyi bacaran K. Hernandez bu ilin mart ayında ikinci dəfə virusa yoluxub.

Onun koronavirusa 70 yaşlı qızını ziyarət edərkən yaxalandığı bildirilib.

K.Hernandez ilk yoluxmadan sağaldıqdan sonra fevral ayında peyvənd olunsa da, ikinci dozanı almadan yenidən koronavirusa yoluxub.

Hazırda əlil arabasında həyatını davam etdirən K. Hernandez bundan 25 il əvvəl də xərçəngi məğlub edib.
 
İnci
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR