Heydər Əliyev prospektində ağır yol qəzası: hərəkət məhdudlaşdırıldı - FOTOLAR
18:04
Bakının Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
"Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur", - deyə məlumatda qeyd olunub.
***
Bakının Heydər Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti - "Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən hazırda "Koroğlu” istiqamətində kənar yolda, eləcə də, Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.






