Ölkənin ən varlı adamı helikopter qəzasında öldü - FOTOLAR
Kateqoriya məlum deyil
Çexiyanın ən varlı adamı, 17,5 milyard dollarlıq sərvətin sahibi Petr Kelner vəfat edib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, 56 yaşlı Petr Kelner Alyaska ştatındakı Byutt şəhəri yaxınlığında baş verən helikopter qəzasında ölüb.
Xatırladaq ki, dünən "Eurocopter AS50” helikopterinin qəzaya uğraması nəticəsində azı beş nəfərin öldüyü barədə məlumat yayılmışdı. Qəzanın səbəbləri barədə hələlik heç bir məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.
Aysel
Sfera.az






