Kəskin leykozdan əziyyət çəkən gənc atanın köməyə ehtiyacı var - FOTO
Keşlə qəsəbəsi Davud Aslan küçəsi mənzil 20A ünvanında yaşayan Quliyev Mehman Akif oğlu hal-hazırda kəskin leykoz xəstəliyindən əziyyət çəkir, sümük iliyi nəqlinə ehtiyacı var.
Sfera.az xəbər verir ki, Mehman Quliyev 28.08.2020-ci il tarixində kəskin ağrılarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutuna kəskin leykoz diaqnozu ilə müalicə olunmaq üçün daxil olmuş, qoyulan diaqnoz təsdiq edilərək müalicəyə başlanılıb.
Mehman Quliyev hal-hazırda xəstəliklə əlaqədar iş qabiliyyətimi itirib.Onun 1 yaş 8 aylığında qız və yenicə dünyaya gəlmiş oğlan övladı var. Həyat yoldaşı evdar qadındır. Ahıl nənəsi isə Mehmanın himayəsində yaşayır. Hal-hazırda müalicəsini davam etdirmək və müalicəsi ilə bağlı bankdan götürdüyü 7000 manat dəyərində ödənişi geri qaytarmaq imkanı yoxdur.
Ən kiçik məbləğ belə, Mehmanın həyatını dəyişə bilər. Sizdən köməyinizi əsirgəməməyi və gəncimizin yenidən ayağa qalxmasında kiçik də olsa, yardım olmanızı xahiş edirik.
Əlaqə nömrəsi – 051 816 74 48 (Mehmanın anası)
Bank detalları:
KAPITAL BANK – 4169 7385 6501 2550 (MilliÖn və digər ödəmə portallarında ödəmə etmək mümkündür).






