Logo

Şahin Seyidzadə Qobustan rayon “Molokan ruhani-xristian” dini icması ilə görüşdü - FOTOLAR

Şahin Seyidzadə Qobustan rayon “Molokan ruhani-xristian” dini icması ilə görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonu Xilmilli (Hilmilli) kəndində olan "Molokan ruhani-xristian” dini icmasının üzvləri ilə görüş keçirib. Görüşdə Qobustan rayon İcra Hakimiyyətinin rəsmiləri, dini icmanın rəhbəri Tsapleva Yekatrina Nikolayevna və digər üzvlər iştirak edib.

XIX əsrin 30-40-cı illərində ölkəmizin müxtəlif yerlərində molokan kəndləri yaranmışdır. Belə kəndlərdən biri də Qobustan rayonunun inzibati ərazisinə daxil olan Xilmilli kəndidir. Molokanlar uzun illərdir sözügedən kənddə məskunlaşmış, burada yerli əhali ilə qarşılıqlı sıx münasibət qurmuşdur. Hal-hazırda 30-a yaxın üzvü olan icma ilə görüşən deputat Şahin Seyidzadə bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımı təqdim edirik: "Qobustan rayonunda yaşayan "Molokan ruhani-xristian" dini icmasının nümayəndələri ilə səmimi görüşümüz baş tutdu.

2000-ə yaxın əhalisi olan Xilmilli (Hilmilli) kəndində yaşayan "Molokan ruhani-xristian" dini icmasının üzvləri özünəməxsus adət-ənənələri, qonaqpərvərliyi və səmimiliyi ilə seçilir. 30-a yaxın üzvü olan icma özlərinə məxsus ibadət evində toplaşaraq, öz dini ritualları və bayramlarını keçirirlər.

Dini icmanın rəhbəri Tsapleva Yekatrina Nikolayevna, din xadimi Raxmanin Fyodr Fyodoroviç və icma üzvləri ilə görüşümüz zamanı əhəmiyyət kəsb edən mövzulara toxunuldu.

Molokan icmasına, dövlətin bu sahəyə olan diqqət və qayğısı Prezident İlham Əliyevin çıxışları zamanı qeyd etdiyi "Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya tolerantlıq və birgəyaşayış nümunəsini təqdim edirik” ifadələrində öz əksini tapır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR