Logo

Pərvin Kərimzadə seçiciləri ilə görüş keçirdi - FOTO

Pərvin Kərimzadə seçiciləri ilə görüş keçirdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Pərvin Kərimzadə növbəti dəfə seçiciləri ilə görüşüb. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Sfera.az xəbər verir ki, vətəndaşların məşğulluq, sosial məsələlərlə bağlı müraciətlərini dinləyən millət vəkili Pərvin Kərimzadə məsələnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımların atılacağını bildirib.

Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Seçicilər də öz növbələrində dövlətin və dövlət başçısı İlham Əliyevin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR