Jurnalist Azərbaycandakı qeyri-adi kafedən yazdı - FOTOLAR
Kateqoriya məlum deyil
Lənkəran şəhərində fəaliyyət göstərən kafelərdən biri buradakı gənclərin böyük rəğbətini qazanıb.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Azər Qərib özünün "Facebook" hesabında paylaşım edib.
"Lənkəranın mərkəzində bir kofeşop var, Bakıdan vətəninə dönən və xaricdə təhsil alan İqrar adlı bir gənc kafeni açıb. Bu kafe artıq yerli yaradıcı cavanların sevimli məkanına çevrilib.
Biz orada olanda bir qrup gənc qızlar kafe otaqlarının birində ingilis dilində məşqlər edirdilər, el arasında buna "konverseyşn" deyirlər.
İqrar onlara bu yeri təmənnasız olaraq verir, məqsədi qazanc deyil, yerlilərinin inkişafıdır. Necə deyərlər, malades!”, - deyə jurnalist yazıb.
Ülvi
Sfera.az






