Logo

"Ağdamda nə gördün" deyənlərə...

"Ağdamda nə gördün" deyənlərə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zahir Əzəmət

Ağdamda ümid gördüm, qardaşım...

Bahar gördüm, tumurcuq gördüm...

Torpağın səngər-səngər dodaqlarında təbəssüm gördüm.

Əkilməyə-biçilməyə təşnə torpaqlar gördüm....

Təzəcə cücərən yam-yaşıl otlar gördüm...

Sevgi gördüm, torpağın, yolların, dağların üzündən daman bal kimi sevgi...

Qürur gördüm, qələbə gördüm...

Bir də üzümüzə sığal çəkən küləklər vardı.

Bir də havadakı eşq qoxusu...

Torpaq qoxusu, bahar ətri...

Səməni gördüm Ağdamda...

Samovar çayı...

Novruz süfrəsi...

Ağdamı gördüm, qardaş...

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR