Logo

Qaya yolun ortasına düşdü - Hərəkət dayandı + FOTOLAR

Qaya yolun ortasına düşdü - Hərəkət dayandı + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün gecə saatlarında Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O qeyd edib ki, dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib: "İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub".

(trend)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR