Xarici diplomatlar Xudafərin körpüsündə - FOTO
Kateqoriya məlum deyil
"National Geographic” dərgisi özünün "Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün şəklini paylaşıb.
Sfera.az rəsmi hesaba istinadən bildirir ki, "National Geographic”in paylaşımında Cəbrayıl rayonu iyirmi ildən çox müddətdə Ermənistan silahlı qüvvələrinin işğalında olduğu qeyd olunub.
Paylaşımda həm də diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam edib və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatıb.
Bununla da Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri geri qaytarıb.






