Azərbaycanın bu bölgəsində 20 sm qar yağdı: Temperatur mənfi 14 dərəcəyədək enib - FOTOLAR
Kateqoriya məlum deyil
Ötən gün axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağmağa başlayıb.
Sfera.az-ın məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Belə ki, burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 sm qar yağıb.
Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr olub.
Bölgədə ən aşağı temperatur -14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.






