Logo

XTQ kapitanı şəhid Nurlanın övladı dünyaya gəldi, övladına adı verildi

XTQ kapitanı şəhid Nurlanın övladı dünyaya gəldi, övladına adı verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı və Dağ kəşfiyyatçısı Nurlan Mustafayevin oğlu dünyaya gəlib.

Sfera.az-ın məlumatına görə, şəhidin oğluna atasının adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

O Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

(azxeber)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR