Logo

Türkiyə ordusunun olduğu ərazi bombalandı: 3 ölü, 28 yaralı var - FOTO

Türkiyə ordusunun olduğu ərazi bombalandı: 3 ölü, 28 yaralı var - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə ordusunun nəzarətindəki Suriyanın Əl-Bab və Cerablus bölgələrinə ballistik raketlərlə zərbələr endirilib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumların hədəfində neft quyuları və tankerləri olub. Hadisə zamanı azı 3 dinc insan həlak olub, 28 nəfər yaralanıb.

Yaralılar Türkiyənin bölgədə inşa etdiyi xəstəxanaya çatydırılıb. Həmçinin, Türkiyənin Qaziantep şəhərindən çoxlu sayda təcili yardım maşını Karkamış sərhəd məntəqəsindən keçərək Suriyaya daxil olub.

Hücumdan sonra ərazidə irimiqyaslı yanğınlar baş verdiyi üçün hadisə yerinə yanğın söndürən maşınlar da cəlb edilib. Ölü və yaralı sayının artacağı istisna edilmir.

İddialara görə, raketlər Aralıq dənizindəki rus gəmilərindən atılıb.

Ülvi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR