Nazir ermənilərin raket atdığı Gəncəyə baş çəkdi - FOTO
Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkəsində məlumat paylaşıb.
Xarici tərəfdaşlar dağıldımış binaların, Gəncədəki 29 nömrəli məktəbin, Tərtər rayonunun Düyərli kənd məktəbinin məruz qaldığı düşmən aqressiyasının faciəvi nəticələrinin əyani şahidi oldular.
Bu ərazilərdə təhsil alan şagirdlərimizlə də görüşdük. Tərəfdaşlar müharibə cinayətinin fəsadlarının aradan qaldırılması üçün Təhsil Nazirliyi ilə müxtəlif istiqamətlərdə, o cümlədən, müəllim və şagirdlərimizə sosiopsixoloji dəstəyin göstərilməsində əməkdaşlıq edirlər.
Tezliklə bu təhsil ocaqları əvvəlkindən daha da gözəl olacaq.
Qalib vətənin övladlarının baxışlarında məğrurluq hiss olunurdu. Milli kimliyini dərk edən, vətənpərvər, savadlı insanları yetişdirmək təhsil sistemimizin təməlində dayanan əsas hədəflərdən biridir.






