Bloggerdən Qobustanla bağlı təklif: "Bu ərazini Qala tipli kənd halına salaq"
"Üstəlik, oba evləri də dağılmaqdan mühafizə olunmuş olar. Hazırda ərazi qoruq nəzarəti altındadır".
Sfera.az xəbər verir ki, blogger İradə Qədirova sosial şəbəkə hesabında Qobustanın İlanlı Bəylər obasının Qala tipli kənd halına salması barədə təklif irəli sürüb:
Blogger təklifində bildirb ki, bu ərazi xarici turistlər üçündə maraqlı olar.
"Sakit şəkildə buranın bu hala qalmasına baxmaqdansa, bunu Qala tipli kənd halına salmaq olar. Qobustan muzeyinə gələn ziyarətçilərə əlavə olaraq yeni eko marşrut təqdim etmək olar. Həm obanın tarixi haqda, həm də Qobustanın daha geniş areallı tarixi, tərəkəmə mədəniyyəti haqda məlumat verilmiş olar. Xarici turistlər belə yerləri çox sevir".
İradə Qədirova sözügedən ərazi haqda tarixə istnad edərək, Dədəhəsən Rzayev Ağaşirin oğlunun yazdıqların təqdim edib.
"Bu evlər XIX əsrin II yarısından son illərə kimi Bəylər obasına məxsus olub. Bəylər camaatı tərəkəmə olmaqla Şamaxının İlanlı kəndindən olublar. Köçəri elatlar sürülərini Duvanlı adlanan bu qışlaq sahəyə, buradan İlanlıya, oradan da Quba yaylaqlarına aparırlarmış. İlanlı kəndi hazırda Qobustan rayonuna baxan Şıxzahirli kəndinin aşağısında yerləşirmiş. Kənd artıq yoxdur. 1-2 ev qalıb ki, onlar da Şıxzahirliyə birləşib.
Oranın bütün əhalisi Bəyalı bəydən başqa Duvannıya, həmin bu bəy qışlağına köçüblər. Evlərdən biri üzərində tikilmə tarixi var - 1918. O ev də babam Surxay bəyə məxsus olub. Amma digər evlərin tarixi daha qədimdir.
Qışlaq sahəsi əvvəl Şamlılara (qəsəbədə onların da xeyli sayda nümayəndələri var), sonra Şıxlar camaatına məxsus olub. Onlardan bəylər almışdır. Bu haqda, yəni "torpağın bəylər tərəfindən alınması" haqqında şəhadətnamə Tiflis arxivində qorunur.
Buranın çox məşhur bəyləri olub. Onlardan ən məşhuru Şahpələng bəy öz məşhur Ceyran atı ilə bütün Qarabağ və Şamaxı-Şirvan elində ad çıxarmışdı.
Obanın camaatı Sovet hökümətini qəbul etməmiş, nəticədə bir neçə nəfər qaçaqçılıq etmiş ki, sonradan onlar da tutulub sürgün olunmuşlar."
O həmçinin izləyicilərinə maraq üçün əlavə olaraq Hindistanın Qucarat ştatının Kutç kəndində yaradılmış şəraitə və yerli evlərə axtarış verib baxmaların deyib.






