Logo

Vaksinasiya ilə bağlı növbəti iclas keçirildi - FOTO

Vaksinasiya ilə bağlı növbəti iclas keçirildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllıda vaksinasiyanın növbəti mərhələsi ilə bağlı iclas keçirilib.

Sfera.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin 18 yanvar 2021-ci il tarixli müvafiq sərancamı ilə komissiya yaradılmış və komissiyanın işçi qrupunun bugünki iclasında növbəti kateqoriyalı insanlara vaksin vurulmaqla bağlı təşkilatı işlər barədə danışıb, vəzifə bölgüsü aparıb.

5 fevral tarixindən başlayaraq rayonda fəaliyyət göstərən mobil qruplar vətəndaşların ünvanına gedərək təbliğat, təşviqat aparacaq könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməklik göstərəcəklər.

8 fevraldan başlayaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 65 yaşdan yuxarı insanlara vaksinləşmə prosesinə start veriləcək.

Randevu tarixi alınmasında çətinlik çəkən vətəndaşlar köməklik etmək məqsədi ilə icra hakimiyyətinin şəhər icra nümayəndəliyində qaynar xətt yaradılmışdır.

Mobil / whatsapp:

+994 70 514 60 64

Şəhər nömrələri:

02028 5 10 60,

02028 5 53 63

Vətəndaşlarımıza bildirmək istəyirik ki, 2020-ci ilin əvvəllərində bütün dünyanı cənginə alan, eləcədə ölkəmizdə bir sıra çətinliklər yaradan  pandemiya, vaksinləşmədən sonra bitəcək və biz yenidən əvvəlki normal həyatımıza qayıdacağıq.

Buna görə hər birinizi bu işdə daha məsuliyyətli olmağa çağırırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR